image-a5cc4f21-4f7b-3635-b1c1-45785c2fad4d_850backend

KİV: İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb

image-reklam_sirab_01

“SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask “Twitter”ə rəhbərlik etməyə başlayıb, əvvəlki rəhbərlik isə qərargahı tərk edib.

Bu barədə CNBC-nin müxbiri Devid Faber mənbələrə istinadən məlumat verib.

“İlon Mask indi “Twitter”ə rəhbərlik edir. Mənə məlumat verildi ki, keçmiş baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal qərargahı tərk ediblər və Mask dövrü başladığı üçün geri qayıtmayacaqlar”- deyə, o bildirib.

“Financial Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, Mask artıq şirkəti almaq üçün sövdələşməni bağlayıb.

Xatırladaq ki, hələ aprel ayında “Twitter” kompaniyasının rəhbərliyi amerikalı biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki