image-reklam-veteninfo
image-resize-1backend

Kiyev Kremldən 15 kilometr aralıdakı neft zavodunu vurdu

image-reklam-veteninfo

16 iyun səhəri Ukrayna pilotsuz təyyarələri Moskvanın Kapotnya rayonunda yerləşən Moskva Neft Emalı Zavoduna (NEZ) hücum etdi. Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur.

Bu barədə RBC-Ukrayna məlumat verib.

Qeyd olunur ki, Moskva Neft Emalı Zavodu Moskvanın Kapotnya rayonunda yerləşən Rusiya neft emalı sənayesində əsas müəssisədir. Neft Emalı Zavodu Moskvanın yanacaq bazarının təxminən 35%-ni təşkil edir, regionun benzininin 40%-ni, dizel yanacağının 50%-ni və Moskva hava limanlarını yanacaqla təmin edir.

Öz növbəsində, Moskva meri Sergey Sobyanin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinin şəhər üzərində 25 pilotsuz təyyarəni məhv etdiyini açıqladı.

Kopotnyadakı neft emalı zavodu Kremldən 15 kilometr məsafədədir.

Federal Hava Nəqliyyatı Agentliyi Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq olunduğunu açıqladı.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki