image-kobackend

“Koçaryanın Rusiya siyasi elitası ilə olan münasibətləri heç kimə sirr deyil”

image-reklam_sirab_01

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Moskvada rusiyalı telejurnalist Vladimir Poznerə geniş müsahibə verib. Rusiya hakimiyyətinin “danışan dilləri”ndən sayılan Poznerin bütün efir boyu Koçaryanı tərifləməsi və efirin Koçaryanın piarı üçün təşkil edildiyi də diqqətdən yayınmayıb.

Ehtimal olunan isə məhz Ermənistanda iyun ayında keçiriləcək seçki öncəsi baş nazir Nikol Paşinyanın rəqibi Koçaryanın Rusiya trəfindən önə çəkilməsi və reklamının qəsdən aparılmasıdır.

Mövzunu Busaat.az-a dəyərləndirən politoloq Tural İsmayılov görüşlə bağlı bir sıra məqamlara toxunub: “Müsahibə zamanı Koçaryan qeyd elədi ki, Ermənistanın ordusunun məğlubiyyətində günahkar Paşinyandır. Halbuki, siyasi məsələlərdən azca anlayışı olan hər kəs bilir ki, məğlub olan ordu Sarkisyan-Koçaryan ordusudur, onların uzun illər ərzində tarimar edib dağıtdığı, sındırdığı, işğalçı və məğlub ordu. Daha sonra Koçaryan eyni ağılda qaldığını bir daha nümayiş etdirərək regionda nəqliyyat xətlərinin açılmağı və Türkiyə ilə münasibətlərin normallaşmağı ilə bağlı daha bir təxribatçı açıqlama verərək, sərhədlərin açılmağı və Türkiyə ilə münasibətlərin normallaşmağının Ermənistanın “qəsbi” ilə yekunlaşacağını söylədi. Buradan da bir daha aydın olur ki, erməni xalqı niyə bu faşist avantüristə hörmət etmir”.

“Ən vacib məqam isə odur ki, o, Ermənistan dövlətçiliyinin tədricən sıradan çıxdığını vurğulayır və günahı özündən başqa hamıda görür. Azərbaycan torpaqlarının işğalında ideoloji, siyasi və hərbi formada iştirak edən adamın dövlətçilik qayğısı çəkməyi də ayrı bir fenomenal ironiyadır. Nəticədə, romantik erməni radikalizminə sadiq qalan Koçaryan Paşinyanla iyunda keçiriləcək seçkilərdə çarpışacağını Rusiya paytaxtında sərt formada ortaya qoydu, erməni cəmiyyətini isə siyasi maskaradın istismar olunan obyekti kimi növbəti bəlalar gözləyəcək”-deyə, politoloq vurğulayıb.

image-tural-i-1

İsmayılov Koçaryanın Rusiya siyasi elitasında ciddi dəstəyə malik olduğunu əlavə edib: “Koçaryanın Rusiya siyasi elitası ilə olan münasibətləri heç kimə sirr deyil. Hətta, Ermənistanda Paşinyan iqtidarı tərəfindən Koçaryana siyasi hücumlar olunanda da birbaşa Rusiya prezidenti adından ona təbriklər və məktublar ünvanlanmışdı. Bu baxımdan, Koçaryan-Rusiya müansibətələri Ermənistanda istər iqtidar, istərsə də müxalifət üçün sirr deyil. Təbii ki, iyunda keçiriləcək növbədənkənar seçkilərdə də Rusiya siyasi elitasında Koçaryana qarşı olan fikirlər daha pozitivdir. Yəni, Koçaryanı yenidən hakimiyyətə gətirmək əsas istək və variantlardan biidir. Lakin Ermənistanda keçirilən rəy sorğularının nəticələri göstərir ki, Robert Koçaryanın iqtidara yenidən gəlmək üçün şansları çox zəifdir və Paşinyanın əleyhinə olan birləşmiş müxalifətin də vahid şəkildə Koçaryanı dəstəkləmədiyi məlumdur”.

“Bu baxımdan, düşünürəm ki, Poznerin verlişində Robert Koçaryanın portreti fonunda belə bir müsahibənin yayınlanması və müsahibə zamanı onun reklamının aparılamsı aprelin 7-də Moskvada gerçəşləşəcək Paşinyan-Putin görüşü öncəsi də xüsusi siyasi əhəmiyyətə və çəkiyə malikdir. Məlumdur ki, Paşinyanın anti-Rusiya addımları Rusiya siyasi elitasında böyük narazılıq doğrurub və yəqin ki, Moskva görüşündə də bu məsələlər daha geniş şəkildə müzakirə olunacaq. Eyni zamanda, bir neçə gün əvvəl Paşinyanın müsahibəsinin Rusiyanın nüfuzlu “Birinci kanal”ının efirində yayımlanması da ikinci siyasi mesaj ola bilər”-deyə, analtik fikrini yekunlaşdırıb.

Müəllif: Busaat.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image