image-206480496_10159138130209070_4430430153490721340_nbackend

Toğrul İsmayıl: “Azərbaycanın təhlükəsizlik xidmətləri də düşünürəm ki,üzərlərinə düşənləri etməsi lazımdır”

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ermənistan rəhbərliyi,xüsusilə də baş nazir Nikol Paşinyan 10 noyabr üçtərəfli razılaşmanın şərtlərin yenidən pozmağa cəht edir.
2 sentyabrda Azərbaycanın sülhməramlı qüvvələrin nəzarətində olan Xankəndi şəhərində,erməni separatçıları hansısa yubley tədbiri keçirməyə hazırlaşır.Hazırda Xankəndində məskunlaşmış,rus sülhməramlıların kölgəsində dolaşan bu separatçılar hansısa Dağlıq Qarabağ adlı qondarma dövlətin 30 illik yubleyin keçirmək niyyətindədirlər.
Ermənistan baş naziri Paşinyan bu ilin yanvar ayında Azərbaycanın vermiş olduğu sərt ultumatumdan çəkinərək özü Xankəndinə ayaq basmayacaq.Amma Paşinyanın rhbərlik etdiyi partiyanın parlament fraksiyası üzvülərindən,eyni zamanda Ermənistan parlamentində təmsil olunan müxalifət fraksiyası təmsilçiləri belə bir tədbirdə iştirak edəcəklərini bəyan ediblər.
Siyasi ekspert Toğrul İsmayıl müxbirimizə bildirib ki, istər Ermənistandakı,istərsə də hazırda Xankəndində olan ermənilərdən bu cür açıqlamalar gözləniləndir.Amma Azərbaycanın Ermənistanı xəbərdar edəcək,baş verə biləcəklərin nəticələri ilə barışmalı olacaq bəyanatları təkrarlaması vacibdir: “Bir məsələni də qeyd etməliyəm ki,bu cür təxribatların əsas məsuliyyəti rus sülhməramlı qüvvələrinin üzərinə düşür.Çünki belə davranışrlar 10 noyabr ruhuna ziddir.Azərbaycanın hüquq-mühafizə orqanları,təhlükəsizlik xidmətləri də düşünürəm ki,üzərlərinə düşənləri etməsi lazımdır.Çün ki,bu çox ciddi məsələdir”.
Ekspertin sözlərinə görə,bu nə qədər ciddi bir məsələ olsa da, bu halın müharibənin yenidən başlamasına rəvac verəcəyinə inanmır: “Bu hal müharibənin olması üçün çox kiçik bir məsələdir.Dediyim kimi Xankəndində qalan separatçılar,eyni zamanda Ermənistanın özündə bəzi qüvvələr tərəfindən təxribatlar olacaq.Bu gün sülhün olmamasın istəyən,yenidən bölgədə xausun olmasını istəyən qüvvələr Ermənistanda da,Rusiyada da eyni zamanda Qərbdə belə vardır”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image