Veteninfo.az erməni telgram kanallarına istinadən xəbər verir ki,Ermənistan Səhiyyə nazirliyi 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı itgin düşən Ermənistan ordusunun əsgər və zabitləri ilə bağlı aparılan axtarışların nəticə vermədiyini bəyan edib.Yayılan məlumatda qeyd edilir ki, Qarabağda öldürülənlərin qalıqlarının axtarışı ilə bağlı son olaraq Fizuli istiqamətində aparılıb və heç bir nəticə əldə olunmayıb.Qeyd edək ki, Azərbaycan tərəfi bu günə kimi qarşı tərəfə axtarış əməliyyat tədbirləri həyata keçirmək üçün imkan yaratdıqdan sonra, ümumilikdə 1645 erməni ordusunun cəsədi və qalıqları tapılıb və Ermənistan tərəfinə təhvil verilib.