image-337730f1-91f5-4bc6-92d1-fe8ece5f7baebackend

Könül İsmayılova: “Bu, Azərbaycan Prezidentinə olan inamdan, etimaddan xəbər verir”

image-reklam_sirab_01

Prezidentin müsahibəsini şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib ki, ölkə başçısının jurnalistlərə verdiyi məlumatlarda güc dövlətlərinə mesajlar da oldu:

image-1709630770_721

“Ölkə başçımız uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin bölgədə yerləşən dövlətlərlə yanaşı bir sıra Avropa dövlətlərinin enerjiyə olan tələbatının ödənilməsinə böyük töhfə olduğunu vurğuladı. Bəli, danılmaz faktdır ki, Azərbaycan qazına olan tələbat hər il artır. Heç şübhəsiz ki, Azərbaycanda hasil edilən təbii qazın həcmi artdıqca, digər dövlətlərə də qaz ixracı həyata keçiriləcək. Ölkə başçısının da qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutları, bir sıra dövlətlər və böyük şirkətlər dəstək olur. Bu, Azərbaycan Prezidentinə olan inamdan, etimaddan xəbər verir”.

K.İsmayılova Prezidentin dünyada baş verən iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işlər barədə verdiyi məlumata da diqqət çəkib:

“Azərbaycan yaşıl enerji istehsalı sahəsində həyata keçirdiyi layihələrlə dünya dövlətləri arasında ön sıradadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki