Fox News telekanalı xəbər verib ki, Fars körfəzi ölkələri İranda yenidənqurma işləri və ölkə iqtisadiyyatının bərpası üçün nəzərdə tutulan təxminən 300 milyard dollarlıq fonda əsas maliyyə dəstəyi verə bilər.
Vətəninfo.az xəbər verir ki, bu prosesdə ABŞ birbaşa iştirak etməyəcək. Bunun əvəzinə Vaşinqtonun lisenziyalar, istisnalar və müqavilələr vasitəsilə İranda fəaliyyət göstərən şirkət və layihələrə nəzarəti davam etdirəcəyi bildirilir.
Qeyd olunub ki, İranda yenidənqurma işlərinin aparılmasına sərmayə əsasən region ölkələri tərəfindən yönəldiləcək. Eyni zamanda qeyd olunur ki, ABŞ yekun razılaşma imzalanana qədər Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmayacaq və bölgədə iki aviadaşıyıcı qrupun qalması planlaşdırılır.


























