“Mətbuat aldadır”.
Bunu Britaniyanın “Mançester Yunayted” komandasının futbolçusu Kriştianu Ronaldu sosial şəbəkədəki hesabında yazıb.
Ronaldu bütün həqiqətləri deyəcəyinə söz verdiyi müsahibəsinin anonsunu açıqlayıb.
“Bir neçə həftə sonra müsahibə verəndə onlar həqiqəti biləcəklər. Mətbuat aldadır. Bütün xəbərləri qeydə alıram. Son bir neçə ay ərzində (barəmdə yazılan – red) 100 xəbərdən yalnız beşi doğru idi”, – Ronaldu yazıb.
Yerli mətbuatda yayılan xəbərlərə görə, Ronaldu komandanın Çempionlar Liqasında iştirak etməyəcəyindən narazı olduğu üçün yay transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılmaq istəyir. Futbolçu komandanın bütün mövsümdənkənar məşqi buraxıb, media guya forvardın komandadan ayrıldığını bildirir – o, digər oyunçulardan ayrıca nahar edir, həmçinin məşqçilik taktikasından narazılığını bildirir.