image-7backend

Liviyada hökumət tərəfdarları ilə Haftar qüvvələri arasında toqquşma olub

image-reklam_sirab_01

Liviya ordusu ilə Xəlifə Haftara sadiq olan silahlılar arasında toqquşmalar baş verib.

Vətəninfo.az  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Toqquşmalar nəticəsində Sabha şəhərində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yerli mənbələrin məlumatına görə, Tariq bin Ziyad qruplaşmasının silahlıları ilə Liviya Silahlı Qüvvələrinin 116-cı briqadasının hərbçiləri arasında atışma şəhərin mərkəzi hissəsində baş verib və bir neçə saat davam edib. Gərginlik hökumət qüvvələrinin geri çəkilməsindən sonra sona çatıb.

Bu arada Liviyanın Fizan əyalətinin Milli Təhlükəsizlik Agentliyi bildirib ki, Haftar tərəfdarları administrasiyanın əmlakının bir hissəsini, eləcə də şəhərə gedən 11 avtomobili ələ keçirib.

Liviyanın cənub-qərbində, 130 min nəfər əhalisi olan Sabha şəhəri Fizan əyalətinin ən böyük yaşayış məntəqəsi hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki