image-50backend

Liviyada seçkilərin gələn ilin ortalarında keçirilməsi planlaşdırılır

image-reklam_sirab_01

Liviyada prezident və parlament seçkilərinin 2022-ci ilin ortalarında keçirilməsi planlaşdırılır.

Vətəninfo.az “Libya Al-Ahrar”a istinadən xəbər verir ki, bu barədə Liviya Ali Dövlət Şurasının sözçüsü Məhəmməd Əbdül Nasir məlumat verib.

Onun sözlərinə görə, siyasi qüvvələr xoşməramlı iradə nümayiş etdirdikləri halda bu siyasi kampaniyalar keçirilə bilər.

Qeyd edək ki, dekabrın 22-də Liviyanın Ali Seçki Komissiyası dekabrın 24-nə təyin olunmuş seçkilərin tarixini təxirə salıb.

Komissiya seçkilərin 2022-ci il yanvarın 24-də keçirilməsini təklif edib. Bununla belə qurum seçkilərin yeni tarixi barədə Nümayəndələr Palatasının qərar qəbul etməsinin vacibliyi də vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki