image-mahmud-memmedquliyev-2backend

Mahmud Məmmədquliyev: “İraq Zəngəzur dəhlizindən istifadə edə bilər”

image-reklam_sirab_01

“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni imkanlar yaranıb”.

Veteninfo.az xəbər verir ki, bunu Azərbaycanla İraq arasında Birgə Komissiyanın Bakıda keçirilən II iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, yaradılması planlaşdırılan Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirəcək: “Bu keçiddən İraq da istifadə edə bilər”.

Bundan başqa, nazir müavini qeyd edib ki, İraqın iş adamları Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın imkanlarından da faydalana bilər.

“İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımdan Birgə Komissiya mühüm rola malikdir. Bu kimi görüşlər ikitərəfli münasibətlərin inkişafına xidmət edəcək. İqtisadi sahədə müzakirələrlə yanaşı, ölkələr arasında siyasi məsləhətləşmələrin aparılmasını da məqsədə uyğun hesab edirəm. Bu gün iclas çərçivəsində imzalanacaq əməkdaşlıq protokolu münasibətlərin inkişafı baxımından vacibdir”, – M.Məmmədquliyev əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki