2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz və ya 330,1 milyon manat artaraq 4 milyard 918,8 milyon manat icra edilib.
Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərclər proqnoza nisbətən 5,9 faiz və ya 306,8 milyon manat az icra edilərək illik proqnozun 47 faizini təşkil edib.