image-e14a9250-bf46-36ad-b6d3-8a3fbb338fb8_850backend

MAQATE Ukraynadakı iki nüvə obyektini yoxlayacaq

image-reklam_sirab_01

“Bu həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri Ukraynada iki nüvə obyektinə baxış keçirəcək”.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, agentliyin işçiləri Ukrayna hökumətinin Rusiyanın Kiyevin “çirkli bomba” hazırlaması ilə bağlı saxta iddialar səsləndirməsindən sonra verdiyi sorğuya cavab olaraq gələcək:

“Yoxlama tamamlandıqdan sonra biz nəticələri qiymətləndirəcəyik və tapıntıları standart təhlükəsizlik tədbirləri praktikasına uyğun olaraq bildirəcəyik. Bununla belə, MAQATE bu məsələnin maraq və aktuallığını nəzərə alaraq nəticələri öncə Rəhbərlər Şurasına, daha sonra isə dərhal ictimaiyyətə təqdim edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki