“Marsel” futbol klubunun azarkeşləri Fransa çempionatının XI turunda PSJ ilə səfər oyununa buraxılmayacaq.
bu barədə “L Equipe” məlumat yayıb.
Mənbənin məlumatına görə, bu qərar hər iki klubun azarkeşləri arasında yaranan gərginliyə görə verilib. PSJ azarkeşlərini Marseldə Birinci Liqanın ikinci tur matçında da analoji qərarın gözlədiyi bildirilib.
Qeyd edək ki, PSJ – “Marsel” oyunu oktyabrın 16-na təyin edilib.