image-a442acf4-b633-3523-9010-aab24ca170fe_850backend

Mbappe Fransa Liqasında ən sürətli qolu vurub

image-reklam_sirab_01

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe La Liqa tarixində ən sürətli qolu vurub.

Bu, “Opta”nın statistika aparmağa başladığı 2006/2007 mövsümündən sonra baş verib.

Mbappe səfərdə “Lill”ə qarşı III tur matçının 9-cu saniyəsində fərqlənib. O, oyun başlayan kimi Lionel Messidən topu alaraq, qapıçını da maneəsiz məğlub edib.

Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 9:1. Bununla da Paris komandası xalını 9-a çatdıraraq, turnir cədvəlində vahid liderə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki