image-05backend

Medianın inkişafında yeni mərhələ

image-reklam_sirab_01

Dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti, Dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Müzakirələrdə komitə rəhbərləri, media qurumlarının rəhbərləri və digər qonaqlar çıxışlarında qanun layihəsi ilə bağlı təklif və rəylərini bildiriblər, həmçinin medianın keyfiyyət, peşəkarlıq və standartlar baxımından təhlili, hüquqi bazanın təkmilləşdirilməsi, kommunikasiyanın təşkili, beynəlxalq əməkdaşlıq, strateji planlaşdırma və perspektiv planlar barədə fikir mübadiləsi aparılıb.

“Media haqqında” yeni Qanun layihəsinin təkmilləşdirilməsi üçün Türkiyənin təcrübəsindən də istifadə edilib. Layihəyə onlayn, yazılı, elektron medianın tənzimlənməsi ilə bağlı günün, dövrün reallıqlarını nəzərə alan maddələr daxil edilib. Bunlar çox lazımlı və vacib məqamlardır. Bütövlükdə qanunun ümumi fəlsəfəsi media-hakimiyyət, media-dövlət, media-cəmiyyət arasında hüquqi münasibətləri tənzimləmək, müəyyən sərhədləri qoymaqdan ibarətdir.

Yeni Qanun layihəsi həm də KİV-in peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında  davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair hallar hamısı detallı şəkildə layihədə öz əksini tapıb. Yaxud bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib.

Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər.  Bu da özünü junlalist kimi təqdim edənlərin hüquqdan kənar fəaliyyətlərinə maneə olacaqdır.

Bu Qanun layihəsi medianın inkişafında yeni imkanlar açmışdır.

Aynur Xəlilova – YAP üzvü

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki