image-13backend

Meksikada 14 gizli məzarlıq aşkarlanıb

image-reklam_sirab_01

Meksikanın şimalındakı Sonora ştatında 14 gizli məzarlıq aşkarlanıb.

Bu barədə Veteninfo.az “Anadolu”ya istinadən xəbər verir.

Ştat prokurorluğunun məlumatına görə, məzarlıqlarda çoxlu sayda çürümüş və yandırılmış meyitlər, insan sümüklərinin qalıqları aşkarlanıb.

Meyitlərin dəqiq sayını müəyyən etmək mümkün olmayıb, lakin qeyd edilir ki, hər bir qəbirdə bir neçə meyit var.

Gizli məzarlıqlar həlak olanların ailələrinin və yaxınlarının könüllü səyləri nəticəsində aşkarlanıb.

Sonora ştatı narkokartellər arasında hökmranlıq uğrunda mübarizə meydanıdır. Federal məlumata görə, bu ilin doqquz ayında Meksikada 25 mindən çox insan öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki