image-8backend

Meksikada ağır yol qəzasında ölənlərin sayı 50 nəfəri ötüb

image-reklam_sirab_01

Meksikanın cənubunda miqrantları daşıyan yük avtomobilinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

Vətəninfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə respublika Baş Prokurorluğunun məlumatında deyilir.

Qeyd olunub ki, qəza nəticəsində 53 nəfər ölüb, xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Meksika prezidenti Andres Manuel Lopez Obrador həlak olan əcnəbilərin ailələrinə və yaxınlarına başsağlığı verib və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Bunun üçün bölgəyə mülki müdafiə qüvvələrinin milli koordinatoru Laura Velaskesin rəhbərlik etdiyi işçi qrup göndərilib.

İlkin məlumatlara görə, Qvatemala və Hondurasdan olan miqrantlar ABŞ-la sərhədə gedirmiş.

04:13

Meksikanın Çiapas ştatında baş verən yol qəzasında azı 49 nəfər ölüb, 58 nəfər yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Noticias MVS radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, onlarla miqrantı daşıyan qoşqulu yük avtomobili istinad divarına çırpılaraq aşıb, bəzi insanlar qoşqudan düşüb.

Xilasetmə xidmətləri qoşquda olan şəxslərin əksəriyyətinin Qvatemaladan olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki