image-628321f89670d628321f89670e16527610804447cfb40efac2e199259b3cd6724fb3backend

Meksikada itkin düşənlərin sayı yüz min nəfəri keçib

image-reklam_sirab_01

Meksikada 1964-cü ildən indiyədək itkin düşənlərin sayı yüz min nəfəri keçib.

Bu barədə Meksika Daxili İşlər Nazirliyinin statistikasında bildirilir. Qeyd olunur ki, 16 aprel 1964-cü ildən 16 may 2022-ci ilədək 100 012 nəfər itkin kimi qeydiyyata alınıb. Onların 70%-i kişidir. İtkin düşmə halları son 16 ildə kəskin artıb və başlıca olaraq narkotik ticarəti şəbəkəsi ilə əlaqədardır.

Lakih QHT-lər bu rəqəmi çox kiçik hesab edirlər.

Bundan başqa ölkənin morqlarında şəxsiyyəti müəyyən edilməmiş 37 000 meyit var. Morqlar həddən artıq dolduğu üçün bir çox meyit şəxsiyyəti müəyyən edilmədən basdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki