image-6286ef9f9d13d6286ef9f9d13e16530103356286ef9f9d1386286ef9f9d13abackend

Meksikada pirotexnika sexində partlayış olub, ölənlər var

image-reklam_sirab_01

Meksikanın mərkəzindəki Puebla ştatında pirotexnika sexində güclü partlayış baş verib.

Veteninfo TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “El Universal” qəzeti yazıb.

Qeyd olunur ki, insident San Migel Sakaola bölgəsində baş verib. Partlayış sexin yaxınlığındakı bir neçə binaya ziyan vurub. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

2016-cı ilin dekabrında Meksikanın Tultepek bələdiyyəsində yerləşən böyük pirotexnika bazarı baş vermiş partlayış və yanğın nəticəsində məhv olmuşdur. O zaman faciədə 42 nəfər həyatını itimişdi, onlarla insan xəstəxanaya yerləşdirilmişdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki