image-4backend

Meksikanın dövlət neft-qaz şirkəti 4,93 milyard dollar itirib

image-reklam_sirab_01

Meksikanın dövlət neft-qaz şirkəti Pemex yanvar-sentyabr ayları ərzində 100,2 milyard peso (4,93 milyard ABŞ dolları) itirib ki, bu da 2020-ci illə müqayisədə 83,4% azdır. 2020-ci ilin eyni dövründə şirkətin itkiləri 605,1 milyard peso (29,8 milyard ABŞ dolları) təşkil etmişdi.

Veteninfo.az xəbər verir ki, bu barədə “Televisa” telekanalı təşkilatın maliyyə direktoru Alberto Velaskesə istinadən məlumat verib.

Pemex bu il neft hasilatını artıraraq gündəlik 1,73 milyon barrelə çatdırıb ki, bu da bir il əvvəlkindən 2,4% çoxdur. İxracın həcmi pul ifadəsində 58% artaraq 512,3 milyard pesoya (25,2 milyard ABŞ dolları), daxili bazarda satışlar isə 41,6 faiz artaraq 533,8 milyard pesoya (26,29 milyard ABŞ dolları) çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki