image-1backend

Merin evindən 70 kiloqram narkotika tapıldı: Həbs edildi

image-reklam_sirab_01

Fransada polis Burqundiya əyalətinin Avalon şəhərinin meri Cəmili Əbsəvinin malikanəsinə basqın edib, orada 70 kiloqrama yaxın narkotika tapıb.

Vətəninfo.az xəbər verir ki, cinayət işi çərçivəsində Avalon şəhərinin meri və onun iki qardaşı da daxil olmaqla 7 nəfər həbs edilib.
Həbs olunan şəxslərdən biri əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mümkün cinayətdə şübhəli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə çatdırılıb və axtarışlar əsasən onun hesabına aparılıb.

Qeyri-rəsmi məlumata görə, merin malikanəsinin əlavəsində çətənə aşkar edilib. Şəhər apteklərindən birində və bələdiyyənin otaqlarında da axtarışlar aparılıb.

Qeyri-rəsmi məlumatlara görə, axtarışlar nəticəsində bir kiloqrama yaxın kokain, 7 min avro nağd pul və 20 qızıl külçə də ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki