İranın Alpinizm Federasiyasının rəhbəri Rza Zarei azərbaycanlı idmançı, qayayadırmanma üzrə İran çempionu Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, o, bunun səbəbi “inzibati məsələlər” olduğunu iddia edərək deyib: “Xanım Rekabi Cənubi Koreya turnirindən sonra Pasport və Miqrasiya idarəsinə müraciət etməli və öz inzibati məsələlərini həll etməli idi, amma bilmirəm niyə müraciət etməyib”.
Qeyd edək ki, Elnaz Rekabi bundan əvvəl qayayadırmanma üzrə Asiya turnirinin finalında məcburi hicabsız çıxış etmişdi. İrana qayıtdıqdan sonra sosial media hesabında bunun təsadüfən baş verdiyini yazıb. Amma ailəyə yaxın mənbə onun bu etirafı təzyiq altında və məcburi şəkildə etdiyini bildirib.