“Antalyaspor”un formasını geyinən Fredi “Hatayspor”un futbolçusu Ruben Ribeyronun zəlzələ zamanı pəncərədən atılaraq sağ qaldığını etiraf edib. Vətəninfo.az xəbər verir ki, Türkiyəni boğan zəlzələ fəlakətindən ən çox zərər çəkən klublardan biri olan “Hatayspor” böyük travma yaşayır. Dağıntılar altında qalan futbolçu Kristian Atsu və idman direktoru Taner Savutun axtarışları davam edərkən Ruben Ribeyro ilə bağlı bir həqiqət üzə çıxıb.
Zəlzələdən sonra Portuqaliya mətbuatı Tribuna Expresso-ya danışan Antalyasporlu Fredi, “Zəlzələ olduğunu eşidəndə dərhal Ruben Ribeyroya zəng etdim. Divarlar çatlamağa başlayanda pəncərədən atılmalı oldu. Evi. hündür deyildi, ona görə də zədə almayıb”. bildirib.