Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ölkəsində ölümlə hədələnib.
“Cadena 3” radiosu xəbər verir ki, naməlum şəxslər 36 yaşlı hücumçunun doğma şəhəri olan Rosarioda həyat yoldaşı Antonella Rokutsanın ailəsinə məxsus mağazaya 14 dəfə atəş açıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.
Onlar həmçinin divara qara kömürlə “Messi, səni gözləyirik. Pablo Yavkin (Rosario şəhərinin hazırkı meri – E.S) narkotik alverçisidir, səni xilas etməyəcək” yazıblar.
Polis hadisənin səbəblərini və həmin şəxslərin kimlyini araşdırır. Yerli hakimiyyət hesab edir ki, cinayətkarlar Messidən pul qoparmaq məqsədilə bu yola əl atıblar.