image-6backend

Messi yenə ilin ən yaxşı oyunçusu seçildi

image-reklam_sirab_01

Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi FİFA tərəfindən 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Vətəninfo.az xəbər verir ki, “The Best FIFA Football Awards 2022” mükafatlandırma mərasimi Parisdə keçirilib.

Messi bu titul uğrunda mübarizədə PSJ-dəki komanda yoldaşı Kilian Mbappe və “Real Madrid”in hücumçusu Kərim Benzemanı qabaqlayıb.

İlin futbolçusunun adını FİFA prezidenti Canni İnfantino elan edib.

Messi karyerasında ikinci dəfə FİFA tərəfindən ilin oyunçusu seçilib. İlk dəfə o, 2019-cu ildə Vircil van Deyk və Kriştiano Ronaldonun da ilk üçlüyə daxil olduğu “The Best” mükafatını alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki