“Nərimanov prospekti 57/24 ünvanında yaşayan seçicilərimizlə çay süfrəsi arxasında maraqlı söhbətimiz oldu. Ölkəmizdəki ictimai-siyasi vəziyyətə, müasir Azərbaycan tarixində başlayan yeni dövrdə bir xalq olaraq qarşımızda duran çağırışlara sıravi əhalinin, sakinlərimizin görüşləri ilə maraqlandıq. Seçicilərimizi qayğılandıran problem və çətinlikləri dinlədik.” -bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.
Millət vəkili qeyd edib ki, fevralın 7-də keçiriləcək Prezident seçkilərinə dair sakinlərin əhval-ruhiyyəsini bilmək olduqca vacibdir.
“Yeni inkişaf mərhələsinin ilk seçkilərində hamılıqla iştirak etməliyik. Seçimimiz Qalib Xalqın namizədi, liderimiz cənab İlham Əliyevdir!”-deyə Elnur Allahverdiyev bildirib.