Milli Konservatoriyada Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir keçirilir.
Vətəninfo.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən ilk tədbirdə nazirliyin nümayəndələri, incəsənət xadimləri, musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, 18-28 sentyabr tarixlərini əhatə edəcək festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində Bakı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi keçiriləcək.