Abituriyentlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən hərbi kolleclərə sənəd qəbulunun vaxtı 2024-cü il iyunun 14-dək uzadılıb.
Bu barədə Vətəninfo.az-a Müdafiə Nazirliyindən məlumat yayıb.
Sənəd qəbulu Cəmşid Naxçıvanski adına Hərbi Liseydə həyata keçirilir. Ətraflı məlumat əldə etmək üçün mmu.edu.az saytına müraciət edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.