image-reklam-veteninfo
image-625c97bf2eedc625c97bf2eedd1650235327625c97bf2eed8625c97bf2eedabackend

Misir 800-dən çox şirkətə idxal qadağası qoyub

image-reklam-veteninfo

Misir hakimiyyəti ixracatçıların qeydiyyat qaydalarını pozması ilə əlaqədar yüzdən çox xarici şirkətə tədarükü qadağan edib.

Veteninfo.az xəbər verir ki, Misirin Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkənin Sənaye və Ticarət Nazirliyi yanında İxrac və İdxal Nəzarəti Departamentinin açıqladığı siyahıya dünyanın müxtəlif ölkələrindən Misirə məhsul və yüngül sənaye malları tədarük edən 820-dən çox şirkət daxildir.

Qeyd olunur ki, qanunu pozanlar arasında iki Rusiya şirkəti var.

Onlar kənd təsərrüfatı məhsulları ixrac edən “Makfa Public Corporation” və parfümeriya-kosmetika məhsulları istehsalçısı “T-Kosmetics LTD” şirkətidir.

Departamentin mətbuat xidməti hökumətin qərarına edilmiş dəyişiklikləri, habelə ölkəyə mal ixrac edən müəssisələrin qeydiyyata alınması qaydalarını xatırladıb.

Sənədə əsasən, şirkətlərə sənədlərin müddəti bitdikdən sonra bir ay sonra yeniləməli və ya yenidən rəsmiləşdirmə aparmalıdır.

Həmçinin şirkət rəhbərləri etibarlı hüquqi şəxs olduqlarını təsdiq etməli və məhsullara keyfiyyət sistemlərini tətbiq etməlidirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki