Türkiyə polisi və kəşfiyyatçılarına sui-qəsd etmək üçün təlim keçən separatçı terror təşkilatı PKK üzvü, “Baver Botan” kod adlı Bəkir Kına İraqda zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, 2019-cu ildə İraqa gedərək təşkilata qoşulan Kına indiyə qədər İran və İraqda terror fəaliyyətləri həyata keçirib.
Türkiyə Silahlı Qüvvələri, polis və Milli Kəşfiyyat Təşkilatı (MİT) mənsublarına qarşı sui-qəsd üçün İraqın Türkiyədən təxminən 150 kilometr uzaqlıqda yerləşən Süleymaniyyə şəhərində təlim keçən Kınanın qısa və uzun lüləli silahlarla təlim keçdiyi və qeyri-qanuni yollarla Türkiyəyə göndərilmək istəndiyi müəyyən edilib.
Həmin məlumatlar işığında hərəkətə keçən MİT terrorçu Kınanı sui-qəsd hazırlığı edərkən keçirdiyi əməliyyatla zərərsizləşdirib.


























