image-1backend

Moskvadan Bayramovla Mirzoyanın Almatı görüşünə reaksiya: Lazım gələrsə…

image-reklam_sirab_01

Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Biz mayın 10-11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır. Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik. Lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq”, – deyə Zaxarova bildirib.

O, Almatıdakı təmasların Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması prosesinin “yol xəritəsini” müəyyən edən üçtərəfli sazişlər toplusuna uyğun olmasını vacib hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki