image-photo-2021-11-11-18-41-34-1backend

Müstəqil Azərbaycanın humanizm psinipləri ilə qurulan Ali Qanunu

image-reklam_sirab_01

Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.  1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. 1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilmiş və Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılmışdır. Referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür.Konstitusiya qəbul edilərkən bütün hüquq normaları humanizm prinsipinə əsasən qurulmuşdur. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyini,suverenliyini və ərazi bütövlüyünü qorumaq,vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi və dünyəvi dövlət qurmaq kimi niyyətlərə əsaslanaraq qəbul edilmişdir. Konstitusiyada Azərbaycan xalqı dövlət hakimiyyətinin əsas mənbəyi olaraq göstərilir və xalqa qarşı ən böyük cinayət məhz elə hakimiyyətin mənimsənilməsi hesab edilir. Bundan əlavə bu Ali hüquqi sənəddə tolerantlıq və multikultural prisniplər də  öz əksini tapmışdır.Hansı ki,qanunun 18-ci maddəsinin I bəndində qeyd olunur ki,bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 25-ci maddəsinə əsasən isə,dinindən,dilindən,sosial mənsubiyyətindən,əqidəsindən,irqindən asılı olmayaraq bütün şəxslərin insan hüquq və azadlıqları qanun qarşısında bərabərdir, bu hüquq və  azadlıqların məhdudlaşdırıması isə qadağandır. Yenə həmin maddəyə əsasən isə qadın və kişi hüquqları və azadlıqlarının qanun qarşısında bərabərliyi təsdiqləir. Göründüyü kimi,gender bərabərliyi prinsipi bu Qanunda da öz əksini tapmışdır. Dövlət dili haqqında 21-ci maddəsinə əsasən isə dövlət dili Azərbaycan dili olaraq təsdiqlənməklə bərabər əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsinə və inkişafına təminat verilir. Belə ki,mükəmməl qurulmuş bu Konstitusiya Qanununda əks olunmuş bütün müddəalar təmamilə Beynəlxalq  İnsan Hüquqları haqqında Bəyənnamyə uyğundur. Azərbaycan höküməti xalq üçün zəruri olan bütün məsələlərdə ədalətlilik prinipinə əsaslanaraq toxunmuş və bunu hüquqi qüvvədə təsdiqləmişdir.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Ayşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki