image-photo-2021-11-11-18-41-33-1backend

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndər Heydər Əliyevin rolu.

image-reklam_sirab_01

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin Azərbaycanın hüquqi dövlət quruculuğunda misilsiz xidmətləri olmuşdur. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev dövlətçilik  zəkası ilə Azərbaycanda keçmiş sovetlər birliyindən qalmış rejimi ləğv edərək onun  əvəzinə demokratik hüquqi dövlət yaratmağa nail oldu. 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası uzun müddət ölkəmizin həyatında qalacağı göz qabağındadır. Ulu öndər Heydər Əliyevin uzaq və gərgin zəhməti nəticəsində qanunlar toplusu bütün detalları və xırdalıqlarına qədər dəqiqliklə işlənib hazırlanmış, ümumxalq müzakirəsinə verilmişdi. Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə deyəcək: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Ulu öndər Heydər Əliyev 1995-ci ildə demişdir: «Konstitusiya elə bir sənədir ki, o gərək uzun müddət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya tez-tez dəyişdirilə bilməz. Əgər  konstitusiya doğrudan da həm bu günü, həm də gələcəyi tamamilə əks etdirə bilirsə, o, uzun ömürlü ola bilər, gələcəkdə ona dəyişikliklər etməyə ehtiyac olmaz və ya çox cüzi dəyişiklər aparıla bilər.»

Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.

Qərbi Kaspi Universitetinin doktorantı- Tahir Ağayev.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki