image-tedbir-narkotikbackend

Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyasına start verilib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 20 oktyabr tarixində  Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi Bakı Şəhər Səbail rayon 7 saylı Tam Orta Məktəbdə  keçirilən  tədbirdə iştirak edən qonaqlar “Sağlam Həyat “aylığı, Sağlam həyat tərzinin təbliği,eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə kampaniyalarının keçirilməsi layihəsinə start verib.

Məktəbin 10-11-ci siniflərin iştirak etdiyi marifləndirmə tədbirində “Üçüncü Sektor” İctimai Birliyin layihə rəhbəri Nahid Canbaxışlı, Milli Məclisin üzvü Vuqar  İskəndərov, Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvü,“Yeniçağ”media Qrupun rəhbəri  Aqil Ələsgər, Azərbaycan  Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin – Uşaq Məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İterpress.az”  medianın baş redaktoru Toğrul Allahverdili, Daxili İşlər Nazirliyinin  Səbail rayon Pİ-nin  əməkdaşı,polis leytinantı Tərlan Ağayev. Səbail rayon İcra hakimiyyətinin Humanitar şöbənin baş məsləhətçisi Abbasəli Dərbəndli və ekspert,təlimçi Cavid  Şahverdiyev iştirak ediblər.

Tədbirdə çıxış edən layihənin rəhbəri Nahid Canbaxışlı bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə 2 ay müddətində Bakı şəhərinin üç rayonunda həyata keçiriləcək.

Layihənin məqsədləri haqqında məlumat verən Nahid Canbaxışlı vurğulayıb ki, layihənin keçirilməsində məqsəd, azyaşlı gəncləri,xüsusəndə məktəbliləri müxtəlif pis vərdişlərdən uzaq tutmağa, nrkomaniya və tütündən istifadəyə meyilliyin azaldılmasına,bu müxtəlif xəstəliklərin səbəbinə çevrilən pis vərdişlərin tamamilə aradan qaldırılmasına dəstək verməkdir.  Layihə rəhbəri vurğulayıb ki, bu gün respublikamıza müxtəlif yollarla ayaq açan narkotik maddələr,bu ölüm mərkəzinin üzvüləri tərəfindən əsasən məktəblər və azyaşlı uşaqlar hədəf alınır: “Narkotik maddələrin daşıycıları,satıcıları üçün məktəblər,azyaşlı uşaqlar ilk növbədə hədəf götürülür. Bu şəbəkələr üçün məktəblər baza rolun oynayır ki, gənclər arasında,məktəblilər arasında iradəsi zəif olanlar tora salınaraq narkotikçilər tərəfindən bu illətin aludəçisinə çevrilirlər. Bu halların qarşısının alınmasında təkcə məktəb rəhbərlikləri deyil,eyni zamanda ailələr də diqqətli olmalı,övladlarının gündəlik davranışlarındakı müxtəlif halları hiss etməlidirlər. Hesab edirəm ki, bu gün Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları nrkomaniya və tütündən istifadəyə qarşı mübarizə tədbirləri ilə bağlı müntəzəm marifləndirmə aksiyaları həyata keçirilər. Bizim məqsədimiz də qeyri-hökumət təşkilatları olaraq.dövlətin bu sahədə həyata keçirdiyi siyasətə dəstək verməkdir”. Tədbirdə çıxış edən layihənin eksperti Cavid Şahverdiyev tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, sağlam gənclik naminə bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var: “Tütündən, xüsusən də şagirdlər arasında istifadə müxtəlif xəstəliklərin yaranmasına, ölümə səbəb olur. Dünuşyada hər il 6 milyon insan bu pis vərdişin qurbanına çevrilir. Siqaretdən istifadə, narkomanlıq bu gün dünyanı narahat edən qlobal problem kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir. Gənc nəsil milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə almalıdır. Bu günün tütündən istifadə edən yeniyetmə miz sabahın natkomanına çevrilə bilər. Bu təkcə onun, ailəsinin deyil, bütövlükdə cəmiyyətin faciəsidir”.
Ekspert bu istiqamətdə keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında böyük rol oynadığını söyləyib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki