image-35backend

Naxçıvan-Məşhəd qatarının açılması təklif edilir

image-reklam_sirab_01

İranın Naxçıvandakı Baş konsulu Seyid Əhmad Hüseyni “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev görüşüb və Naxçıvan-Məşhəd qatarının açılması ilə bağlı lazımi addımların atılması barədə müzakirələr aparılıb.

Bu barədə “Report” İran mətbuatına istinadən xəbər verir.

Baş konsul görüş zamanı regional kommunikasiyaların əhəmiyyətinə toxunub və əlavə edib ki, Naxçıvandan Məşhəd qatarının işə salınması bu istiqamətdə irəliləyiş üçün bir başlanğıc ola bilər.

Həmçinin, görüşdə İranın Qafqaz regionu ilə dəmir yolu sahəsindəki əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə, 44 günlük müharibənin başa çatması ilə baş verən hadisələrdən sonra Naxçıvanın dəmir yolları sahəsində regional əlaqələrin qurulmasında rolu qeyd edilib və Naxçıvanın mövcud potensialının region ölkələrinə xidmət edə biləcəyi vurğulanıb.

Xatırladaq ki, 2016-cı ildə Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayıb. Lakin koronavirus pandemiyanın yayılması ilə qəbul edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində bu qatarın fəaliyyəti dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki