image-2backend

Nazir bu şəxsə YÜKSƏK VƏZİFƏ VERDİ

image-reklam_sirab_01

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Samir Ağabalayevə həvalə edilib.

Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

S.Ağabalayev uzun müddətdir nazirliyin aparatında çalışır. Belə ki, nazirin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsini icra etmək müvəqqəti olaraq Samir Ağabalayevə tapşırılıb.

Xatırladaq ki, 2019-2023-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev olub. O, ötən ilin sonlarında vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamla Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub. (İqtisadiyyat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki