image-35backend

Nazir müavini: “Azad olunan ərazilərdə 11 çay üzərində su ölçü cihazları quraşdırılır”

image-reklam_sirab_01

“Hazırda azad olunan ərazilərdə 11 çay üzərində su ölçü cihazları quraşdırılır”.

Vətəninfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, əvvəlki dövrün göstəricilərinə əsasən, bu ərazilərdə 2 milyard kubmetrə yaxın su ehtiyatları var: “Azad olunan ərazilərdə 2 yeni su anbarının tikilməsi ilə bağlı layihələr hazırlanıb. Növbəti illərdə bununla bağlı qərar veriləndən sonra tikinti işlərinə də başlanılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki