image-2backend

Nazir müavini: Milli Musiqi Günü ilə bağlı bir sıra xarici ölkələrdə tədbir keçiriləcək

image-reklam_sirab_01

“Bir sıra xarici ölkələrdə Milli Musiqi Günü ilə bağlı tədbirlər keçiriləcək. Bu, çox böyük hadisədir”.

Vətəninfo.az xəbər verir ki, bunu Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən simpoziumun açılışında mədəniyyət nazirinin birinci müavini Murad Hüseynov deyib.

4O qeyd edib ki, akademik musiqi mühitinin canlanmasında festivalın və keçiriləcək simpoziumun böyük rolu olacaq: “Uzun illərdir ki, Üzeyir bəyin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Eyni zamanda, 2009-cu ildən bu yana Üzeyir bəyin adını daşıyan Beynəlxalq Festival keçirilir. Bir çox ölkələrdən məşhur alimlər və musiqiçilər festival çərçivəsində keçirilən simpoziumun işində yaxından iştirak edəcəklər. Festivalın yüksək səviyyədə keçiriləcəyinə əminik. Bu festival tələbələrin həyatında da böyük rol oynayacaq. Hamıya uğurlar arzulayıram. Milli Musiqi Günü münasibətilə hər birinizi təbrik edirəm”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image