image-78backend

Nazirlər ağac əkdilər- FOTOLAR

image-reklam_sirab_01

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, idmançıların və könüllülərin iştirakı ilə Xocəsən gölü ətrafında ağacəkmə tədbiri keçirilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən “Ölkə.Az”a verilən məlumata görə, ağacəkmədə gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak ediblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə ölkədə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkilib.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki