image-49backend

Sudanda qızıl mədənində baş vermiş qəzada ölənlərin sayı artıb

image-reklam_sirab_01

Sudanın Qərbi Kordofan əyalətində Dərsəyya qızıl mədənində ötən gün baş vermiş qəza nəticəsində ölənlərin sayı 40-ı keçib.

Vətəninfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində axtarış xilasetmə çalışmaları davam etdirilir.

“Al Arabiya” xəbər verir ki, işlərin ibtidai üsullarla aparıldığı həmin mədənin sahibi olan özəl şirkət mədənin bağlandığını, lakin mühafizəçilərin öz yerlərini tərk etməsini fürsət bilən işçilərin oraya girib hasilat işləri gördüyünü açıqlayıb.

Sudandakı ibtidai qızıl mədənlərində 2 milyondan çox işçi çalışır və ölkədəki qızıl hasilatının 80 faizinə qədəri onların payına düşür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki