image-1backend

“Nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz”-  Quterreş

image-reklam_sirab_01

“Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir”. Vətəninfo.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir”, – deyə BMT rəhbəri bildirib.

Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki