image-993f0aad-662d-4b52-8c0f-34564c9c3e4bbackend

“Neftçi”nin veteran futbolçuçunun yubileyi qeyd edilib

image-reklam_sirab_01

Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından  futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından “Neftçi”nin hazırlıq qrupunda futbolunun sirrlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru  olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi “Neftçi” və Naxçıvanın “Araz” klublarında çıxış edib.

image-0072abe9-13c3-42bc-a89c-f8ed83e86647 image-b643fc14-e7a1-4b1d-aa4c-5470d56c9109 image-993f0aad-662d-4b52-8c0f-34564c9c3e4b image-2d82a1c0-0e03-48ce-ae6b-f700b4aea97a


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki