image-b99c7944-6a49-4392-aa0f-c70cd12de093backend

Nəsimi rayonunda daha bir “Abad həyət” sakinlərin istifadəsinə verilib

image-reklam_sirab_01

 

 

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 1000-ə yaxın sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Mir Cəlal küçəsi 42 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Mir Cəlal küçəsi 42 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Bina sakinlərinin mərkəzi yola çıxışlarının pilləkənləri əsaslı təmir edilib.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 3000 kv.m asfalt örtüyü, 300 kv.m tamet daşı vurulub, 200 p.m-dən artıq yeni bardürlər qoyulub, 150 p.m. istinad divarı hörülüb. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılmış, sakinlərin avtomobillərini saxlamaları üçün parklanma yerləri təşkil olunmuşdur.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, müxtəlif növ gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Həyətdə 3 nöqtədə işıqlandırma sistemləri, kiçiktutumlu zibil konteynerləri, quş yuvaları və sahibsiz heyvanlar üçün evlər quraşdırılıb.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

image-452d0073-16b7-483c-a6f0-004b3bf87fd5 image-ad7b71ca-37cc-4a1e-9ee0-a07e8ea61841 image-767d9a2a-bba9-4b92-b000-bdde41c75fb2 image-b02f0bd9-2364-4e15-9b8d-b99470af6873 image-cbe8ffc6-283d-4e57-8fd1-4bad83dc3730 image-84b67a1f-1351-4542-98d5-f8c70c5261d6 image-d0ad5d1f-23b6-46eb-8d5c-5086b48eab71 image-1b034134-7152-4951-a295-a57125f2020a image-fca3c722-1336-4241-86b2-641a7ca8d969 image-d6b806f8-91b1-4178-a7ce-74133dcdfee4 image-6b065c98-bbfb-4a98-9102-ab6013e751a2 image-dd1a6295-afee-4952-9a12-db7a8b40d482 image-33e09da8-4232-4d40-b046-36683623471a image-1db64b79-36d4-4b42-873e-9787378e39eb image-5604525f-03b0-457e-a567-28f06a03b31b image-4ac213da-1a80-4261-a492-ae4db1616776 image-6bd0b988-7392-41c0-adf7-1cc5908a759f image-1e886c78-cbdb-4db1-9d13-8e06ce7040d5 image-b99c7944-6a49-4392-aa0f-c70cd12de093 image-aee862b7-5109-4e07-8f32-9b092901e015

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki