image-01-71backend

Nəsimi rayonunda növbəti abad həyət sakinlərin istifadəsinə verilib

image-reklam_sirab_01

Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 11, 13 və 20 Yanvar küçəsi 15 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq H.Seyidzadə küçəsi 11 saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilib, 4 ədəd giriş qapısı, pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi, yağış suları axıdan borular və navalçalar dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 2500 kv.m. asfalt örtüyü, 1000 kv.m-ə yaxın qazon, 300 kv.m-dən artıq tamet daşı vurulub, 400 p.m. yeni bardürlər və kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib.
Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

image-01-71

image-01-64

image-01-55

image-01-48-1

image-01-21

image-01-17

image-01-15

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki