image-1backend

Nizami Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib

image-reklam_sirab_01

24 fevral 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.

Görüşdə ilk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də Xocalı qurbanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimkyyətinin başısı Coşqun Cəbrayılov bildirilib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermiş, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və misli görünməmiş qəddarlıqlarla və amansızcasına qətliam törətmişdir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsinə yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24 fevral qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət olunub.
Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla isə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib və bununla bağlı tədbirlər bu gün də ardıcıl olaraq davam etdirilir.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bir sıra dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu qətliamı soyqırım kimi tanıyıb və bununla bağlı qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul ediblər.
Görüşdə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanının yerdə qalmadığı xüsusi vurğulanıb. Bildidirlib ki, 2020-ci il Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi və Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Görüşdə çıxış edən Xocalı sakinləri dövlətimiz tərəfindən onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki