image-34backend

Növbəti il üçün payızlıq səpin başa çatmaq üzrədir

image-reklam_sirab_01

Ölkədə 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 1 milyon 021 min 987,6 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Bu barədə Vətəninfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Səpin aparılmış sahənin 98,8 %-ini və yaxud 1 milyon 009 min 451,2 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 601 min 837,6 hektarı buğda, 407 min 448,6 hektarı arpa, 165 hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (56 min 449,3 ha), Şəki (32 min 318,6 ha), Şamaxı (29 min 321,4 ha), Füzuli (29 min 321 ha), İsmayıllı (22 min 495 ha), Hacıqabul (21 min 978,9 ha) və Ağcabədi (19 min 654,7 ha) rayonlarında, ən çox arpa bitkisi Neftçala (34 min 825,7 ha), Kürdəmir (32 min 996,4 ha), Şəki (32 min 964,4 ha), Biləsuvar (22 min 568,1 ha), Ağsu (18 min 921 ha), Goranboy (14 min 450 ha) və Füzuli (12 min 518,3 ha) rayonlarında səpilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 %, o cümlədən arpanın səpin sahəsi 9,3 % artmış, buğdanın səpin sahəsi 1,1 % azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki