image-1backend

Novruz günlərində seçicilərlə görüşlər – FOTOLAR

image-reklam_sirab_01

115 saylı Seçki dairəsinin deputatı Cavanşir Feyziyev Novruz bayramı ilə əlaqədar verilmiş bir həftəlik tətil günlərini Şəki rayonunda seçiciləri ilə görüşlərdə keçirib. İlk görüş Şəki şəhərinin sakinləri ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub. Millət vəkili görüş iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib və onlara ən xoş arzularını bildirib. Ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı seçiciləri məlumatlandıran millət vəkili Böyük Qayıdışın təmin olunması ilə bağlı Qarabağ ərazisində aparılan abadlıq-quruculuq işlərindən danışıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan danışıqlara toxunan deputat sülh müqaviləsi ətrafında bölgədən kənar qüvvələr tərəfindən aparılan destruktiv fəaliyyətin mahiyyətini izah edib. Şəki seçiciləri Azərbaycan dövləti tərəfindən aparılan xarici və daxili siyasəti yekdilliklə dəstəklədiklərini bildirib və Prezident İlham Əliyevə yeni prezidentlik dövründə uğurlar arzulayıblar.
Kollektiv görüşdən sonra deputat bir sıra seçicilərin müraciətləri ilə bağlı onları fərdi şəkildə qəbul edib və onların müraciətlərini dinləyib. Qaldırılan məsələlər əsasən vətəndaşların sağlamlıq, təhsil və məişət problemləri ilə bağlı olub. Millət vəkili qaldırılan məsələlərlə bağlı qeydlər götürərək onların müvafiq icra qurumları ilə müzakirə olunacağını və nəticəsi haqqında vətəndaşlara məlumat veriləcəyini bildirib.
Növbəti görüş Küdürlü kənd sakinləri ilə keçirilib. Kənd sakinləri yolların bərbad vəziyyətdə olması, kəndə təbii qazın verilməməsi və bununla bağlı qış mövsümündə istilik problemi ilə üzləşdiklərini bildiriblər. Deputat Küdürlü kənd sakinlərinin problemlərini müvafiq icra qurumları qarşısında qaldırılacağını bildirib.
Daha bir görüş Şəki rayonunun Orta Zəyzid kəndində keçirilib. Kənd İcra nümayəndəsinin, bələdiyyə sədrinin və ziyalıların iştirak etdiyi görüşdə Orta Zəyzid sakinləri yaşadıqları ərazidə demək olar ki, bütün problemlərin öz həllini tapdığını bildiriblər.kənd ərazisində tikilmiş bir sıra fərdi yaşayış evlərinə təbii qazın çəkilməməsi, sel sularından qorunmaq üçün bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olmasından da danışılıb. Kənd sakinləri öz çıxışlarında Azərbaycan dövlətinin apardığı xarici və daxili siyasəti yekdilliklə dəstəklədiklərini ifadə ediblər.
Daha bir görüş Şəki rayonunun Şəki kəndində keçirilib. Kəndin icra nümayəndəsinin, bələdiyyə sədrinin və kənd ziyalılarının toplaşdığı görüşdə ölkədə mövcud ictimai-siyasi vəziyyətlə bağlı söhbətlər aparılıb. Kənd sakinləri rayonlar arası magistral yoldan kəndin mərkəzinədək olan məsafədə yollara asfalt örtüyü çəkilməsini arzuladıqlarını bildiriblər. deputat qaldırılan məsələnin müvafiq qurumlarla müzakirə ediləcəyini bildirib.

Akif Salam
Əməkdar jurnalist

image-img-20240329-wa0021 image-img-20240329-wa0020 image-img-20240329-wa0019 image-img-20240329-wa0018 image-img-20240329-wa0017 image-img-20240329-wa0016 image-img-20240329-wa0015 image-img-20240329-wa0014 image-img-20240329-wa0013 image-img-20240329-wa0012 image-img-20240329-wa0011 image-img-20240329-wa0009 image-img-20240329-wa0010


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki