image-4d228ae5-e782-33b2-ba15-7bd904f9a481_850backend

Obameyanq “Çelsi”yə keçib

image-reklam_sirab_01

Pyer-Emerik Obameyanq İspaniyanın “Barselona” futbol klubundan İngiltərənin “Çelsi” komandasına keçidini rəsmiləşdirib.

33 yaşlı qabonlu ilə 2 illik müqavilə imzalanıb.

Kataloniya klubu rəsmi saytında London klubunun futbolçu üçün 12 milyon avro ödədiyini açıqlayıb. O, ötən mövsüm “Barsa”nın heyətində 23 oyunda 13 qol vurub.

Xatırladaq ki, futbolçu 6 ay sonra İngiltərə Premyer Liqasına qayıdıb. O, 2018-ci ildən 2022-ci ilin yanvarına qədər “Arsenal”da çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki