image-1backend

Oğuz-Qəbələ su kəmərində təmir-bərpa işləri aparılır

image-reklam_sirab_01

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Oğuz-Qəbələ kəmərində təmir-bərpa işləri aparır.

Vətəninfo.az-a bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür. Təmir-bərpa işləri nəticəsində Bakının Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər aparılır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.

Oğuz – Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-da axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image